"Səbail" klubunun kapitanı Eltun Yaqublu karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu özünün "İnstaqram" hesabında məlumat verib. Qərarın səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2016/17 mövsümündən "Səbail"də çıxış edən Yaqublu karyerası ərzində AZAL, "Sumqayıt", "Neftçi" və "Qarabağ"da da forma geyinib.