"Neftçi" klubunun sabiq forvardı Baqali Dabo ötən mövsüm ərzində vurduğu ən yaxşı qolu açıqlayıb.

 Hazırda Kiprin "Apollon" klubunda çıxış edən 31 yaşlı futbolçu bu barədə Offsideplus.az-a eksklüziv açıqlamasında məlumat verib.

Fransalı hücumçu "Keşlə" ilə matçda fərqləndiyi epizodun onun keçən mövsüm ərzində ən yaxşı qolu olduğunu deyib:

"Həmin qolu çox bəyənirəm. Təkbaşına reyd etdim və müdafiəçilər topu uzaqlaşdırmadan əvvəl qol vurdum. Bu tamamilə öz məhsulum idi".

Qeyd edək ki, Dabo "Neftçi" ilə müqaviləsi başa çatdıqdan sonra Kipr klubuna keçib.

Həmin qolu sizə təqdim edirik: