FİFA Fondu tarixi ərzində ilkə imza atacaq.

Offsideplus.az xəbər verir ki, qurum xeyriyyə məqsədli futbol matçı təşkil edəcək.

Məlumatı FİFA-nın rəsmi saytı yayıb. Canni İnfantino açıqlamasında bu qarşılaşmanı keçirərək , pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətində olduqlarını bildirib:

"Biz maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermişik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan sonra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik".