Uzun müddətdir klubsuz qalan Kamran Ağayev karyerasını bərpa edə bilər.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qolkiperlə divizion təmsilçisi "Turan Tovuz" yaxından maraqlanır. 

Kamran Ağayev Tovuz klubunun Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə qapısını qoruyacaq. 

Qeyd edək ki, millimizin sabiq üzvü 2004-2006-ci illərdə "Turan Tovuz"un şərəfini qoruyub.