Azərbaycan millisinin futbolçusu Almaniya klublarından bir neçə təklif alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Ayntraxt"ından kənarlaşdırılan futbolçunun meneceri Kostas Spanudakis açıqlama verib.

"Bild”ə danışan 18 yaşlı hücumçunun meneceri bildirib ki, Dadaşovu birbaşa müqaviləyə dəvət etmək istəyənlər var: "Almaniya və xaricdən bir neçə təklif gəlib. Onlardan bəziləri futbolçunu dərhal götürməyə hazırdır”.

Qeyd edək ki, "Ayntraxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb.