Milli komandamızın baş məşçqisi Qurban Qurbanov Makedoniya ilə yoldaşlıq oyununda aparıcı futbolçulardan birinin xidmətindən istifadə edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunun müdafiəçisi Pavel Paşayev zədəli olduğu üçün sabah keçiriləcək oyunda meydana çıxmayacaq.

Qeyd edək ki, Paşayev Belarusla Bakıdakı matçda start heyətində oynamışdı. İkinci hissədə onun əvəzinə Tural Axundov meydana daxil olmuşdu.

Xatırladaq ki, Azərbaycan - Makedoniya görüşü sabah saat 20:00-da başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.