Bir sıra milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar.

Offsideplus.az xəbər verir ki, Hollandiya və Portuqaliya da bu fürsətdən istifadə ediblər.

Görüş “narıncılar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hollandiya hər üç qolu ilk hissədə vurub.

“Portağallar”ın heyətində Depay, Babel və Van Diyk fərqlənib.

Qeyd edək ki, martın 23-də hər iki komanda yoldaşlıq oyunu keçirmişdi. Portuqaliya Misiri 3:2 məğlub etmişdisə, Hollandiya İngiltərəyə uduzmuşdu – 0:1.