Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki Azərbaycan millisindən təklif alması barədə yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, xorvat mütəxəssis “Sport.avaz.ba” saytına müsahibəsində xəbərlərin həqiqət olmadığını söyləyib: “Bunu kimin yazdığını bilmirəm. Belə bir şey əsla yoxdur. Azərbaycandan heç kimlə əlaqə qurmamışam”.

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.