Futbol üzrə İrlandiya yığmasında baş məşqçi dəyişikliyi olub.

Offsideplus.az xəbər verir ki, Mik Makkartini Stiven Kenni əvəzləyib. 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə hələlik informasiya yoxdur.

Qeyd edək ki, Makkartinin yığma ilə müqaviləsi iyulun sonu başa çatırdı.