Milli komandamızın mart ayında Belarus və Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunları canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki,  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.az-a verilən məlumata görə, hər iki qarılaşma "CBC Sport" telekanalı ilə azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, millimiz Belarusla martın 23-də Bakıda, Makedoniya ilə isə 27-də Antalyada üz-üzə gələcək.