“Sumqayıt-2” komandası I Divizionda keçirdiyi 17 oyuna 7 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətə imza atıb.

Offsideplus.az xəbər verir ki, 17 oyunun hamısında iştirak edən futbolçumuz Fuad Bayramovdur. 1530 dəqiqə meydanda olan futbolçu qarşılaşmaların heç birində əvəzlənməyib. Fuaddan bir oyun az keçirən kapitan Nahid Zülfüqarlı isə 1385 dəqiqə forma şansı qazanıb.
Premyer Liqanın 3-cü dövrəsində əsas komandada debüt edən Nəbi Məmmədov “Sumqayıt-2”-nin heyətində 15 oyunda (1258 dəqiqə) 1 qol vurub. “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Rüfət Abdullazadə isə 13 oyun keçirib (1109 dəqiqə). Bu qarşılaşmalarda 4 dəfə fərqlənən gənc yarımmüdafiəçimiz digər futbolçumuz Elnur Cəfərovla birlikdə (14 oyun, 825 dəqiqə) komandanın bombardiri adına şərikdir.

 Qeyd edək ki, 19 turdan sonra 24 xal toplayıan "Sumqayıt-2" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.