Dünyanın ən yaxşı futbol məşqçilərinin siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, cədvəldə planetin 1000 ən yaxşı mütəxəssisi yer alıb.

Siyahıda Azərbaycandan təkcə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla 566-cı yerdə qərarlaşıb. 48 yaşlı mütəxəssis ötən ilki cədvəllə ilə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, 15 min 846 xal olan “Liverpul”un baş məşqçisi siyahıya Yurgen Klopp başçılıq edir.