İsveçrə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vladimir Pektoviçlə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, 56 yaşlı təcrübəli mütəxəssislə yeni müqavilənin müddəti DÇ-2022-nin sonuna kimi nəzərdə tutulub. Lakin İsveçrə millisi dünya çempionatına vəsiqə qazana bilməsə, müqaviləyə erkən xitam verilməsinə dair ilkin razılıq da əldə edilib.

Qeyd edək ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır.