Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Offsideplus.az xəbər verir ki, günün ikinci matçında paytaxt təmsilçiləri “Keşlə” ilə “Zirə” qarşılaşıb. Komandalar indiyədək 18 dəfə qarşılaşıblar və hərəyə 5 dəfə qələbə qazanıblar. 8 oyun heç-heçə ilə bitib.

Bu görüşdə meydan sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” - “Sumqayıt”“Sabah” - “Səbail” oyunları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
XVIII tur
22 fevral
17:00. “Keşlə” – “Zirə” 4:0

Qol: Şahrux Qadoyev, 20, Vüsal İsgəndərli, 45, Şahrux Qadoyev, 71, Pərviz Azadov, 89

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.

“ASK Arena”.