Azərbaycan Premyer Liqasında cari mövsümün ən böyük hesablı qələbəsi qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, bu XVII turun "Zirə" - "Qarabağ" oyununda yaşanıb. Görüş qonaq komandanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda "Qarabağ" səfərdə "Səbail"i, "Keşlə" isə "Qəbələ"ni 4 cavabsız qolla üstələyib.