Qışda “Neftçi”dən ayrılan Roberto Bordin Azərbaycandakı fəaliyyəti barədə danışıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında fərqli mədəniyyət amilini xüsusi vurğulayıb:

“Şerif”də çalışdığım bir il yarım ərzində iki dəfə ölkə çempionluğu qazandım. Bu il isə “Neftçi” ilə yaxşı başlamışdıq. Ancaq fərqli zehniyyət, mədəniyyət və çalışma tərzi ilə qarşılaşırsan. Bu amillər istər-istəməz insana çətinlik yaradır”.

Qeyd edək ki, 2018-ci ilin yayından “Neftçi”ni çalışdıran Bordin yanvarda istefaya göndərilib.