“Neftçi”nin sabiq baş məşqçisi və AFFA Klublar Komitəsinin üzvü Böyükağa Hacıyevin durumu daha da ağırlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya oğlu Yusif Hacıyev məlumat verib.

O bildirib ki, atası reanimasiyadadır:

“Atamın əziyyəti ağırdır. Reanimasiyadadır. Həkimlər də gözləyir ki, bəlkə nəsə dəyişiklik oldu. Allah heç kimə belə dərd verməsin. Ümidsiz, əlacsız gözləyirik”.