Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Offsideplus.az-ın məlumatına görə, ikinci oyun günündə daha bir matç keçirilib. "Səbail" doğma meydanda "Sabah"la qarşılaşıb. "ASCO Arena"da oynanılan görüşdə qonaq komanda 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

23 noyabr (şənbə)

15:00. “Səbail” – “Sabah” - 1:3
Qollar: Məqsəd İsayev, 76-avtoqol (1:0), Ulisse Diallo, 88 (1:1), 90 (1:2), Hendrik Ekşteyn, 90+7 (1:3)
Qırmızı vərəqə: Adil Nağıyev, 86-ikinci sarı vərəqə ("Səbail")
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”

Qeyd edək ki, tura noyabrın 24-də keçiriləcək "Neftçi" "Qəbələ" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.