Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin millisinə əsgər salamına görə intizam işi açmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, o, qurumun bu addımını düzgün hesab etməyib: "Belə bir şey həyatda olmayıb. Bu məsələdən ciddi nəsə çıxacağını düşünmürəm. Bəlkə qınaya bilərlər. Bundan başqa, by nöqtəyə kimi gələn komandaya hər hansı bir mənfi yanaşma olmayacaq".

Qeyd edək ki, türk futbolçular Avro-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.(qol.az)