Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. 

Offsideplus.az xəbər verir ki, ilk oyun gününə 2 matç keçirilib. "Sumqayıt" doğma meydanda "Keşlə"ni qəbul edib. Oyunda qol vurulmayıb. "Səbail" isə "Neftçi"nin qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 7-ci tura sabah oynanılacaq 2 qarşılaşma ilə yekun vurulacaq.

5 oktyabr (şənbə)

19:15. “Neftçi” – “Səbail” - 2:1
Qol: Stiven Monroz, 41 (1:0), Anton Krivotsyuk, 43 (2:0), Ağabala Ramazanov, 81 (2:1)
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”

17:00. “Sumqayıt” – “Keşlə” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”