Premyer Liqanın V turunda “Zirə” ilə səfər matçında zədələnən “Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçumuz bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq. Ehtiyac duyulacağı təqdirdə, əməliyyat olunacaq.

Qeyd edək ki, Romero “Qarabağ”ın “Zirə”ni 3:1 hesabı ilə məğlub etdiyi oyunun 82-ci dəqiqəsində zədələnib və Toral Bayramovla əvəzlənib.