İspaniya yığmasının baş məşqçisi Luis Enrike istefa verib.

Offsideplus.az xəbər verir ki, bu iddia ilə İspaniyanın nüfuzlu AS nəşri çıxış edib.

Məlumatda qeyd edilir ki, ailə problemləri üzündən son 3 qarşılaşmada iştirak etməyən çalışdırıcı ayrılmaq qərarına gəlib. Hətta bu gün İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və idman direktoru Xose Fransisk Molinanın iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfransda Enrikenin ayrılığının və baş məşqçi postuna onun köməkçisi Robert Morenonun təsdiqinin açıqlanması gözlənilir.