Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıqlayacam".

Offsideplus.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın futbolçusu Nicat Qurbanova məxsusdu.

Sosial şəbəkə vasitəsilə paylaşım edən 27 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını başa vurduğunu bəyan edib.

Qurbanov artıq getməyin vaxtı olduğunu yazıb: "Həyat adamı bəzən sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəklimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm".

Erkən yaşda futboldan gedən Qurbanov karyerası ərzində pis məşqçilərlə çalışdığını da vurğulayıb: "Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşımdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm".