“Qarabağ” qapıçı Hannes Tor Halldorssonla yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, islandiyalı qolkiperlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində "Qarabağ"-a transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.