“Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var.

Məmmədov ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.