Azərbaycan millisinin futbolçusu Emil Balayevin Qazaxıstan "Tobol"una transfer olunub. 

 klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanılıb. O, Kostanay şəhər təmsilçisinə azad agent statusu ilə keçib.

Qeyd edək ki, Emil Balayev cari mövsümün ilk yarısında "Səbail"də çıxış edib. Yığma üzvü karyerası ərzində "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandalarının da formasını geyinib.