21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, “Neftçi” klubunun müraciəti əsasında U-21-in məşqlərindən azad edilən Kamran İbrahimov dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə qoşulub.

Yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan yığma bu gün Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək. Qapıçı bu görüşdə də iştirak etmək şansı qazanıb.