"Qarabağ"ın futbolçusu Donald Gerye Ağdam təmsilçisindəki taleyi ilə bağlı növbəti açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan haitili yarımmüdafiəçi hazırkı klubundan ayrılmayacağını deyib: "Bu məsələ bağlanıb. "Qarabağ" məni buraxmağı və ya satmağı planlaşdırmır. Müqaviləmin sonuna kimi komandada qalacam".

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi yayda başa çatır.(qol.az)