“Fənərbağça” “Liverpul”un futbolçusu Adam Lallananı transfer etmək istəyir.

Offsideplus.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “sarı-lacivərtlilər” 30 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb etmək üçün "Liverpul"la danışıqlara başlayıb. İngiltərə millisinin üzvü İstanbul klubuna keçidə müsbət baxdığı iddia edilir.

Bu mövsüm mersisaydlıların heyətində cəmi 7 oyunda meydana çıxan A. Lallana qol vura bilməyib.