"Zirə"də gözlənilən ayrılıq gerçəkləşib.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "qartallar" Adil Nağıyevlə vidalaşıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Adilin "Sumqayıt"a keçəcəyi gözlənilir. Əvəzində isə "Zirə" "gənclik şəhəri" təmsilçisindən müdafiəçi Bəxtiyar Həsənalızadəni heyətinə qatmaq istəyir. Transfer yaxın saatlarda rəsmiləşə bilər.