"İlk növbədə futbolçuları təbrik edirəm. Son anadək mübarizə apardılar. İki dəfə azlıqda oynadıq. Komandamın oyunundan çox razıyam". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

- Komandanın oyunundan razı qaldığınızı bildirdiniz. Bəs, hakimliyin “oyunu”ndan?

- Yanılmıramsa, 11 sarı vərəqə oldu və bunlardan 6-sı qırmızı vərəqəyə çevrildi. Şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razıyam.

- Baqali Dabo qırmızı vərəqə aldıqdan sonra gah su içdi, gah baş hakimi alqışladı, gah meydanı tərk etmək istəmədi. Bir peşəkar futbolçu bu cür hərəkət etməlidirmi?

- Məncə, azarkeşləri alqışlayırdı.

- Karikari ehtiyatda oturub pul qazanmağa gəlib?

- Bu sualı cavablandırmaq istəmirəm. Texniki və taktiki cəhətdən suallar olsaydı, cavablandırardım. Polemikaya girməyək.(qol.az)