"Yaxşı oyun göstərmək istəyirdik. Şadıq ki, həm yaxşı oyun göstərdik, həm də qələbə qazandıq. Səfərdə oynayırdıq. Özü də turnir cədvəlində 3-cü pillədə qərarlaşmış komandaya qarşı. Komandamı təbrik edirəm". 

Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 12-ci turunda səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub etdiklərin oyundan sonra mətbuat konfransında deyib.


- Qoran Paratski, Kirilo Petrov və Rəşad Əzizli zədəlidir. Bu itkilər komandanıza nə dərəcədə təsir etdi?

- Komandamız yaxşı futbolçulardan formalaşıb. İstənilən heyətlə yaxşı oyun göstərməliyik.

- Oyunun əvvəlində Dario ilə mübahisəniz oldu. Vəziyyət o həddə çatdı ki, Namiq Əlsəgərova isinmə hərəkətləri etməyi tapşırdınız. Federikonu buna görə cəza gözləyirmi?

- Normal bir haldır. Bu, oyun epizodu idi, başqa bir şey yox. Futbolda belə şeylər olur. Ciddi bir şey olsaydı, Darionu dərhal əvəzləyərdik, 88-ci dəqiqədə yox.

- Rəhman Hacıyevi uzun müddət idi start heyətində görmürdük. Onun oyunundan razı qaldınızmı?

- Rəhmanın oyunundan tam razıyam. Hətta fərqlənmək üçün şansları da oldu. Keçidlərdə xeyli faydalı idi.

- Rəhmanla “Neftçi” daha çox hücum edirdi. Paratski zədəli olmadığı vaxtda bu cür oyun üslubu görə bilərikmi? Söhbət məhz bugünkü heyətlə oynamaqdan gedir...

- Komandamızda yetərincə futbolçu var. Bu da bizim üstünlüyümüzdür. Mən də öz növbəmdə seçim hüququna sahibəm. Bu gün belə seçim etdim. Bu da normal haldı ki, Rəhman və Qoran fərqli oyun üslubuna malikdilər. Qoran və Mustivar meydanda olanda Emin daha çox hücuma meyl edir. Bu gün bir qədər fərqli oldu. Cədvələ nəzər yetirdikdə biz xeyli qol vurmuşuq. Deməli, hücumlarımız qaydasındadır.

- “Sabah”la qarşılaşmada Kirilo Petrovun yoxluğu hiss olunacaqmı?

- Hardan bilirsiniz ki, Petrov növbəti tura hazır olmayacaq? Növbəti oyun barədə hələ düşünəcəyik. Qarşıda hələ 1 hətəmiz var.(qol.az)