İngiltərə Premyer Liqası “Nyukasl” klubunun Səudiyyə Ərəbistanından olan investorlara satılmasına icazə verib.
Offsideplus.az xəbər verir ki, Şahzadə Muhammed Bin Salmanın sahibi olduğu fondun klub üçün 300 milyon funt sterlinq verdiyi bildirilir.
“Nyukasl”ı top-komandaya çevirmək istəyən yeni sahibi yay transfer dövründə oyunçuların transferi üçün 200 milyon funt sterlinq ayıracaq.
Qeyd edək ki, 1892-ci ildə yaradılan “Nyukasl” 4 qat İngiltərə çempionudur.