Çempionlar Liqasında 2019/2020 mövsümü avqustun 7-də bərpa olunacaq.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun günündə "Mançester Siti" - "Real " (ilk oyun -2:1) və "Yuventus" - "Lion" (ilk oyun - 0:1) matçları keçiriləcək.

Avqustun 8-də isə "Barselona" - "Napoli” (ilk oyun 1:1) və "Bavariya" - "Çelsi" (ilk oyun -3:0) qarşılaşmaları oynanılacaq.

Daha əvvəl "Lion" klubunun prezidenti "Yuventus"la cavab oyununun avqustun 7-si keçiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, UEFA koronavirus pandemiyasına görə avrokubok oyunlarını martın 13-də dayandırıb.