Red Bull komandasının pilotu Maks Ferstappen Formula-1 üzrə 2024-cü il dünya çempionatının altıncı turu olan Mayami Qran Prisinə vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, ötən mövsümü nəzərə alsaq, niderlandlı sürücü ardıcıl yeddi kvalifikasiya qazanıb. Bu, Formula-1 tarixində ikinci seriyanın təkrarıdır. Bundan əvvəl Ayrton Senna, Alen Prost, Mixael Şumaxer və Lüis Həmilton ardıcıl eyni saya çatıblar.
Rekord Sennaya məxsusdur - 1988-1989-cu illərdə ardıcıl səkkiz dəfə.