Formula 1-ə sahib olan “Liberty Media” “Dorna” şirkətini almaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu şirkətə MotoGP yarışları və superbayk üzrə dünya çempionatı məxsusdur. “Financial Times”in məlumatına əsasən, alqı-satqı 4 milyard avroya baş tutmalıdır.

“Autosport” nəşrinin verdiyi xəbərə görə, tərəflər arasında razılaşma bir neçə həftə əldə edilib. Plana görə, bu barədə məlumat Qətərdə mövsümün ilk mərhələsindən əvvəl verilməliydi. Lakin tərəflər Avropa antiinhisar qurumunun müdaxiləsindən çəkinərək bəyanatın vaxtını ertələyib.

Razılaşma ilə bağlı elanın Amerika qran-prisindən əvvəl verilməsi gözlənilir. Həmin mərhələ aprelin 12-də olacaq.