“Red Bull” Səudiyyə Ərəbistanı Qran-prisində “Formula-1” tarixində 115-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, bu uğur sayəsində Avstriya komandası 4-cü pilləyə yüksəlib.
“Red Bull” sıralamada “Uilyams”ı arxada qoyub. Cədvələ 243 qələbə ilə “Ferrari” başçılıq edir. “Maklaren” (183) 2-ci, “Mersedes” (125) isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Avstriya təmsilçisi mövsümün ilk 2 yarışının qalibi olub.
"Formula-1"də qələbə sayı
1. “Ferrari” — 243
2. “Maklaren” — 183
3. “Mersedes” — 125
4. “Red Bull” — 115
5. “Uilyams” — 114
6. “Lotus” — 81
7–8. “Brebem” — 35
7–8. “Reno” — 35
9. “Benetton” — 27
10. “Tirrell” — 23