UEFA Avropa Liqasında 2024-25 mövsümü üzrə ən baxımlı 10 qol müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Yunus Akgünün liqa mərhələsində "Tottenhem"ə vurduğu qol AL-də sezonun ən gözəl qolu seçilib. Sözügedən matç "sarı-qırmızılar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Ən baxımlı qollar sırasında 7-ci yerdə "Qarabağ"ın heyətində "Bodo/Qlimt"ə qarşı oyunda fərqlənən Toral Bayramov da yer alıb.
Hər iki qolun videosunu təqdim edirik: