UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda "Braqa"nın (Portuqaliya) Rikardu Horta 1-ci olub. 

Qeyd edək ki, R.Horta Avroliqanın 1/16 finalında "Şerif"lə" matçda (2:0) 1 qol vurub, 1 qolun ötürməsini verib.