UEFA Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu, "Bayer"in futbolçusu Mussa Duabidir.  

Qeyd edək ki, Diabi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Betis"ə 4:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.