Londonun "Çelsi" klubu fransalı futbolçusu Oliviye Jiru ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, tərəflər daha bir illik razılaşma əldə ediblər.

Qeyd edək ki, 33 yaşlı hücumçu 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer edilib.

Onu da bildirək ki, sözügedən futbolçu ilə İtaliyanın "İnter" klubu yaxından maraqlanırdı.