Azərbaycan həndbolçuları Rusiyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, Həştərxanda keçirilən 2-qat olimpiya çempionu Vasili Kudinovun xatirəsinə həsr olunan yarışda 2002-2003-cü il təvəllüdlü oğlanlar bacarıqlarını göstəriblər.

Azərbaycan seçməsi 6 komandanın qatıldığı turnirdə topladığı 8 xalla 2-ci yeri turub. “Moskva-1” 1-ci, “Sankt-Peterburq-1” isə 3-cü pillədə qərarlaşıb.