"Ayaks"ın üzvü Duşan Tadiç adının "Barselona" ilə hallanması ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi komandasınından ayrılması üçün səbəb olmadığını bildirib:
“Barselona”nın məni transfer etmək istəməsinə təəccüblənmədim. Çünki özümə inanıram və möhtəşəm bir mövsüm keçirirəm. Əvvəllər də bir neçə dəfə bununla bağlı danışmışam. “Ayaks” mənim klubumdur və burdan ayrılmaq üçün heç bir səbəbim yoxdur. İstədiyim hər şeyə sahibəm və klubla müqaviləmi 2026-cı ilə qədər uzatmağı planlaşdırıram”.