"Qarabağ" bu gecə UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Belçika "Gent"i ilə qarşılaşacaq.

 Bakıdakı görüşdə 1:0 hesablı qələbəyə sevinən "köhlən atlar" Şahruddin Məhəmmədəliyev, Kevin Medina və Abbas Hüseynovun ardından daha bir itkiylə üzləşib. Belə ki, komandanın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç zədə səbəbindən cavab matçını buraxacaq.

Bəs Qurban Qurbanov "Qarabağ"ı bu oyuna hansı heyətlə çıxara bilər?

Offsideplus.az "Gent" – "Qarabağ" qarşılaşması üçün təmsilçimizin təxmini start heyətini diqqətinizə çatdırır:

Luka Quqeşaşvili (q), Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Marko Veşoviç, Qara Qarayev (k), Julio Romao, Leandro Andrade, Ramil Şeydayev, Abdullah Zubir, Musa Qurbanlı

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Offsideplus.az