Milli komandamız DÇ və AÇ-nin seçmə mərhələlərində 1 xal toplayır, Azərbaycan Premyer Liqasında 8 klub iştirak edir.

Akademiyaların fəaliyyəti qənaətbəxş deyil. Bir sözlə, ölkədə futbolçu yetişmir. Üzümüzü güldürən tək “Qarabağ”dır. O da uzun illərdir ki, hücumçu problemindən əziyyət çəkir. Düzdür, hazırda Ağdam təmsilçisinin heyətində 3 hücumçu var. Amma onların heç biri stabil oyun nümayiş etdirə bilmir. Bu problem təkcə “Qarabağ”da deyil. “Neftçi”nin heyətində də normal hücumçu yoxdur. Komandanın avrokuboklarda uğursuzluğa düçar olmasının ən böyük səbəbi faktiki forvardsız oynaması idi.

Ümumiyyətlə, son 10 il ərzində Azərbaycan futbolu düzəməlli hücumçu yetişdirə bilmir. Premyer Liqada çıxış edən komandalara nəzər yetirsək, hücumun sivri ucunda çıxış edə biləcək futbolçu azdır. Klublar məcbur olub ya əcnəbi futbolçu transfer edirlər, ya da ki, baş məşqçilər rotasiya edərək cinah oyunçularını hücumda oynadırlar.

Gəlin, çempionatımızın bombardirlər siyahısına nəzər yetirək:

Davit Volkov ("Zirə") - 9 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol

White Beige Red Modern Free Webinar Animated Facebook Post

11 turdan sonra yanlız 1 azərbaycanlı hücumçu sıralamada yer alıb. “Qəbələ”nin bu mövsüm qol ümidi olan Ülvi İsgəndərov sonradan meydana daxil olur. Forvard start heyətində matça başlayanda heç nə edə bilmir.

Düzdür, Musa Qurbanlı da 4 qol vuraraq ilk “10-luq”da qərarlaşıb, lakin yuxarıda qeyd etdiyimiz kimi gənc forvard komandasının əsas üzvü deyil. Ən azından, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov öz oğluna Konfrans Liqası matçlarında güvənmir.

Gördüyünüz kimi, Azərbaycan Premyer Liqasında yerli hücumçu problemi var. Gəlin bir şeyi aydınlaşdıraq. Millimizin heyətində kifayət qədər hücumçular var. Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Renat Dadaşov, Mahir Emreli yığmanın əsas qol silahlarıdır. “Legiya”nın hücumçusundan başqa digər 3 oyunçu Azərbaycan futbolunun yetirməsi deyil. Mahir Emreli isə peşəkar karyerasına hücumçu olaraq başlamayıb. O, sağ və sol cinahda oynadıqdan sonra Qurban Qurbanov sayəsində forvard kimi çıxış etməyə başladı.

Bir sözlə, ölkə futbolunda hücumçu qıtlığı var. Bunun səbəbi nədir? Əvvəllər Qurban Qurbanov, Musa Qurbanov, Samir Əliyev, Samir Musayev, Vadim Vasilyev, Fərrux İsmayılov, Zaur Ramazanov kimi forvardlarımız var idi. Milli komandanın heyəti açıqlananda 4-5 hücumçunun adı siyahıda olurdu. Burada qıtlığın səbəbi nədir?

Problemi aydınlaşdırmaqdan ötrü yerli mütəxəssislərə müraciət etdik. Hazırda “Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olan Samir Musayev əsas problemi belə izah etdi:

“Bəli, Azərbaycan futbolunda hücumçu problemi var. Çempionatında cəmi 8 klub çıxış edir. Millini də saysaq, cəmi 9 komandamız var. Mən də çox düşünürəm ki, niyə hücumçu qıtlığı yaranıb? Fikrimcə, baş məşqçilər oyun üslüblarını dəyiblər. Bizim dövrümüzdə 6-7 hücumçu yığmaya dəvət olunurdu. Baş məşqçi seçim etməkdə çətinlik çəkirdi. O zamanlar qarşılaşmaların taleyini hücumçular həll edirdi. Bombardirlər siyahısında sırf yerli forvardlar olurdular. İndi isə ən çox fərqlənənlər yarımmüdafiəçilərdir. Bu, tək bizdə belə deyil. Avropada sırf hücumçular yoxdur. Təkcə Levandovski, Benzema, Mbappe və Holandın adını çəkə bilərik. Başqa heç kim yoxdur. Çünki baş məşqçilər oyun tərzlərini dəyişiblər. Azərbaycan bu problemi aradan qaldırmaq olar. Mütləq şəkildə Premyer Liqada klubların sayı çoxalmalıdır. Akademiyalardakı məşqçilər savadlı kadrlar olmalıdır. Klubların akademiyalarının beynəlxalq oyun təcrübəsini artırmaq lazımdır.

Offside 2

Azərbaycanda necə bu problemi aradan qaldırmaq olar belə fikirləşirəm super liqa komandalarının sayı coxalmalıdı birinci liqanın səviyəsi qalxmalıdı uşaq fudboı akademiyaları məşqciləri savadlı olmalıdı və akademiya komandaları beynəlxalq oyun təcrübəsini artırmaq lazımdır. Burada çıxış edən futbolçular 16 yaşından sonra ortalıqda qalırlar. Bizim dövrümüzdə bu yaşda uşaqlar Premyer Liqada çıxış edirdilər. Bizim hücumçu kimi yetişməyimizin səbəbi komandalarımızın güclü olmağı deyildi. Sovet dövründə yetişən müdafiəçilərə qarşı oynamağımız idi. Döyülə-döyülə, əzilə-əzilə yetişdik. İndi gənc futbolçular oynamırlar ki, asana-çətinə düşələr də. Ona görə də gənc hücumçular yetişmir”.

Hazırda “Keşlə”nin baş məşqçisi olan Sənan Qurbanov da sabiq hücumçulardandır. Onun komandasında da forvard problemi yaşanır. “Qırmızı-ağlar”ın heyətində tək yerli hücumçu Amil Yunanovdur. O da Anatoli Abanqa uduzur. Bu səbəbdən də ehtiyat oyunçular skamyasının daimi sakinidir. Bunu nəzərə alıb, Sənan Qurbanovdan ölkədə yaşanan hücumçu probleminin səbəbini soruşduq:

“Mən də sizinlə razıyam. Həm Premyer Liqada, həm də milli komandada hücumçu yoxluğu yaşanır. Ramil Şeydayev, Renat Dadaşov, Rüstəm kimi forvardlarımız var. Amma onlar Azərbaycan futbolunun yetirmələri deyirlər. Yerli çempionatda çıxış edən uşaqlar da kölgədə qalıblar. Sadəcə, ola bilər ki, bizim dövrdə liqada əcnəbi futbolçular daha az çıxış edirdilər. Məhz bu səbəbdən də yerli uşaqlar üçün şans yaranırdı. Amma indi hansı klubun büdcəsi yaxşıdırsa, ön xəttə əcnəbi hücumçu transfer etmək istəyir. Daha məhsuldar futbolçu axtarırsan ki, sənə il boyu kömək olsun. Bəli, siz dediyiniz kimi o zaman hücumçularımızın sayı çox idi. Amma həmin dövrdə Gürcüstandan gələn Badri Kvaratsxeliya, ukraynalı bir çox oyunçular daha çox ön planda olurdular.

Offside 1

İndiki dövrə qayıtsaq, görərik ki, həqiqətən də dünyada sırf hücumçu problemi var. Bizdə isə akademiyalarda bu mövqedə çıxış edən oyunçulara diqqət yetirmək lazımdır. Məşqçilər də bu məsələdə ölkə futboluna kömək olmalıdırlar. Mən akademiyamızda olan gənc futbolçuları, əsasən də hücumçuları xüsusi nəzarətdə saxlayıram. Çalışıram ki, bəzilər bizim məşqlərdə iştirak etsinlər. Akademiyanın məşqçiləri ilə mütəmadi əlaqədəyəm. İndi yaxşı hücumçularımız var. Misal üçün “Qarabağ”ın heyətində Musa Qurbanlı yaxşı futbolçudur. Düzdür, çox az meydanda olur, amma məhsuldardır. Bizdə Amil Yunanov var. Mən onu gənc vaxtlarından tanıyıram. “Qəbələ” akademiyasında yetişib. Ötən mövsüm “Səbail”də, bu il bizdə az şans qazandı. Bu da onun özündən asılıdır. Öz üzərində çox çalışmalıdır. “Neftçi”də Mirabdulla var. O da öz üzərində çox işləməlidir. Çünki “Neftçi” Premyer Liqanın əsas iddialı klublarındandır. Yəni çempionatda çıxış edən hücumçularımız olsa da, sayları azdır. Bunun üçün də akademiyalarımıza nəzarət etməliyik. İndi yaxşı müdafiəçi yetişdirə bilirik, amma yaxşı forvard ortalığa çıxarda bilmirik. Hücumçu sarıdan çox əziyyət çəkirik. Həm rəqibi aldatmaq, topa dəqiq zərbə vurmaq, qol duyumu olmaq xüsusi istedad tələb edir. Belə uşaqları da tapmaq asan deyil. Tapandan sonra onlar üzərində işləmək, onu yetişdirmək daha da çətindir”.

1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.