Qadın şahmatçılar arasında Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Rodos adasında keçirilən yarışda 6-cı turun oyunları keçirilib.
Çempionatda iştirak edən Azərbaycan millisinin 10 şahmatçısı da növbəti sınağına çıxıb. Yarışın lideri Ülviyyə Fətəliyeva növbəti qələbəsini qazanıb.
Ümumilikdə şahmatçılarımız günü 6 qələbə və 2 heç-heçə ilə başa vurublar. Yalnız iki görüşdə rəqiblər qalib gəliblər.
Avropa çempionatı, Qadınlar
VI tur, 25 aprel
Ülviyyə Fətəliyeva – Bojana Piddubna (Ukrayna) – 1:0
Gövhər Beydullayeva – Klaudia Kulon (Polşa) – 1:0
Gülnar Məmmədova – Marsel Efroimski (İsrail) – 0:1
Mixalina Rudzinska (Polşa) – Günay Məmmədzadə - 0:1
Anna Kubiçka (Polşa) – Xanım Balacayeva – 0:1
Səbina İbrahimova – Joka Qaal (Macarıstan) – 1:0
Monika Soçko (Polşa) – Ayan Allahverdiyeva – 1:0
Tatyana Dornbuş (Monako) – Nərmin Abdinova – 0,5:0,5
Səbinə Rzalı – Suzanna Terbe (Macarıstan) – 0,5:0,5
Yoanna Blyubaum – Ləman Hacıyeva – 0:1
Xal durumu: 1. Ülviyyə Fətəliyeva – 5,5, 8. Gövhər Beydullayeva - 5, 13. Günay Məmmədzadə - 4,5, 17. Xanım Balacayeva - 4,5, 20. Səbinə İbrahimova - 4,5, 55. Gülnar Məmmədova - 3,5, 92-93. Ləman Hacıyeva, Səbina Rzalı - 3, 104. Nərmin Abdinova – 3, 122. Ayan Allahverdiyeva - 2,5.