Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçəcəklər.
Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşünü keçirəcək. O, Alireza Firuzca ilə qarşılaşacaq. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayacaq.
İddiaçılar Turniri
XI tur, 17 aprel
Rameşbabu Praqnanandja - Hikaru Nakamura
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi
Dommaradju Qukeş - Fabiano Karuana
Alireza Firuzca – Nicat Abasov
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.
Qeyd edək ki, XII turun oyunları aprelin 18-də keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.