"Bolonya" baş məşqçisi Vinçentso İtalyano ilə müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə yeni sözləşmə 2027-ci ilin yayına qədər imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtalyano ötən ilin yayından "Bolonya"ya başçılıq edir. Onun komandası cari mövsüm İtaliya Kubokunu qazanıb.
Onlar finalda "Milan"ı məğlub ediblər.