Juventus-un yarımmüdafiəçisi Paulo Dibala zədələnib.
Offsideplus.az-ın məlumatına görə, ulduz futbolçu Argentina millisinin heyətində zədələnib.
Braziliya ilə yoldaşlıq görüşünün (0:1) 58-ci dəqiqəsində dizindən xəsarət alan Dibala əvəzlənmək məcburiyyətində qalıb. İlk diaqnoza görə, zədə ciddi deyil. Onun həftəsonu A seriyasında Genoa ilə matçı buraxacağı gözlənilir.
Dibala bu mövsüm ölkə çempionatında 7 oyun keçirib, 1 qolla yadda qalıb.