“Milan” Hakan Çalhanoğlu şoku ilə üzləşib.
Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, “qırmızı-qaralar”ın türkiyəli yarımmüdafiəçisi zədələnib. Türkiyə millisinin üzvü “Yuventus”la görüşdə (1:3) ayaq biləyindən zədələnib. Hakan A seriyasının növbəti turunda “Torino”ya qarşı oynamayacağı bildirilir. Çalhanoğlunun zədəsinin hansı müddətə sağalacağı haqda məlumat yoxdur.
Qeyd edək ki, “Milan” – “Torino” oyunu sabah, saat 23:45-də start götürəcək.